Bank Of Baku

Azərbaycanın xalq rəssamı Tahir Salahov ürəyindən əməliyyat olunub

Azərbaycanın xalq rəssamı Tahir Salahov ürəyindən əməliyyat olunub
# 18 dekabr 2008 10:27 (UTC +04:00)
Rəssamın bacısı, Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova APA-ya deyib ki, dekabrın 15-də T. Salahovun ürəyində şuntlama əməliyyatı aparılıb. Cərrahiyyə əməliyyatı Almaniyanın Berlin şəhərində həyata keçirilib.

Əməliyyatın uğurlu keçdiyini deyən Z. Salahova T. Salahovun hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb. O, T. Salahovun xəstəxanadan nə vaxt buraxılacağı barədə heç nə deməyib.

Qeyd edək ki, noyabrın 29-da Azərbaycanın xalq rəssamı Tahir Salahovun 80 yaşı tamam olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR