Bank Of Baku

Yeni mədəni-maarif və informasiya saytı fəaliyyətə başlayacaq

Yeni mədəni-maarif və informasiya saytı fəaliyyətə başlayacaq
# 18 dekabr 2008 23:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Yaxın günlərdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin (BMTİ) təşəbbüsü ilə yaradılmış baku-art.az (baku-art.com) mədəni-maarif və informasiya saytı fəaliyyətə başlayacaq. Sayt Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin (BMTİ) informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanıb. İdarədən APA-ya bildirilib ki, saytın əsas məqsədi BMTİ-nin bugünkü fəaliyyəti, idarənin layihələri və perspektiv planları barədə ictimaiyyəti məlumatlandırmaqdır. Sayt yaradıcılarının digər vəzifəsi milli mədəniyyətin təbliği, İnternetdə Azərbaycanın mədəni-humanitar sərvətləri barədə informasiyanın artırılmasıdır.
Saytda yer alacaq “Auksion” səhifəsində dekorativ-tətbiqi sənət nümunələri hərraca çıxarılacaq. Saytdakı materiallar iki - Azərbaycan və rus dillərində təqdim olunacaq. Saytın baş redaktoru Yaşar İsaqovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR