Bank Of Baku

Caz ifaçısı Əzizə Mustafazadənin Bakıda konsert verməsi təşkilatçılara baha başa gəlib

Caz ifaçısı Əzizə Mustafazadənin Bakıda konsert verməsi təşkilatçılara baha başa gəlib
# 19 dekabr 2008 13:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Caz ifaçısı Əzizə Mustafazadənin Bakıda konsert verməsi təşkilatçılara baha başa gəlib. APA-nın məlumatına görə, təşkilatçılar Əzizə xanıma Bakıda konsert verməsi üçün 70 min avro ödəyiblər. Dünən gecə Bakıya gələn Əzizə Mustafazadə bu gün Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

Konsertin təşkilatçısı “Art Community”nin mətbuat xidmətinin rəhbəri Səbinə Cüməzadə isə APA-ya bu məlumatı nə təsdiq, nə də təkzib edib: “Biz bununla bağlı heç nə deyə bilmərik”.

Qeyd edək ki, Əzizə Mustafazadə Heydər Əliyev Sarayında ilk dəfə çıxış edəcək.

Konsertin biletləri 40-100 manat arasında satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR