Bank Of Baku

Azərbaycanda ilk animasiya filminin yaranmasının 75 illik yubileyi keçirilib

Azərbaycanda ilk animasiya filminin yaranmasının 75 illik yubileyi keçirilib
# 19 dekabr 2008 14:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Muzey Mərkəzində Azərbaycanda ilk animasiya filminin yaranmasının 75 illik yubileyi keçirilib. APA-nın məlumatına görə, tədbir Dövlət Film Fondunun təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycanda animasiya filminin tarixindən danışıb: “Animasiya sərhəd tanımır. Ona görə ki, bu sərhəd fantaziya sərhədi ilə üst-üstə düşür. Azərbaycandan animasiya kinosunun tarixi XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Hələ 1931-ci ildə lentə alınmış sənədli filmdə Bakıdan Moskvaya uçan təyyarənin hərəkət trayektoriyasını təsvir edən texniki animasiyadan istifadə olunmuşdu. 1933-cü ildə bir neçə sənədli filmdə texniki animasiyadan daha geniş şəkildə istifadə edilib”. Kinoşünas Aydın Kazımzadə isə bildirib ki, 60-cı illərin sonlarında animasiya kinosu bərpa edildikdən sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 100-dən artıq film çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR