Bank Of Baku

Tiflisdə Azərbaycan dilli məktəblərin gənc rəssam şagirdlərinin əsərlərindən ibarət sərgi-müsabiqə keçirilib

Tiflisdə Azərbaycan dilli məktəblərin gənc rəssam şagirdlərinin əsərlərindən ibarət sərgi-müsabiqə keçirilib
# 20 dekabr 2008 08:07 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Tiflis şəhərində Azərbaycan dilli məktəblərin gənc rəssam şagirdlərinin əsərlərindən ibarət sərgi-müsabiqə keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən sərgi Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fonduna məxsus sərgi salonunda təşkil edilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Şövqi Mehdizadə APA-nın əməkdaşına bildirib ki, soydaşlarımızın təhsil aldığı 124 məktəbin hərəsindən bir neçə gənc rəssamın rəsmləri sərgi-müsabiqəyə təqdim olunub.
Marneuli rayonundakı Böyük Muğanlı kənd orta məktəbinin şagirdi Lalə Heydərova sərgi-müsabiqədə birinci yeri tutub. Qaliblərə mükafatlar təqdim edilib. Sərgidə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Gürcüstan parlamentinin azərbaycanlı deputatlar – Azər Süleymanov, Ramin Bayramov, İsfahan Şamilov və digər rəsmi qonaqlar iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR