Bank Of Baku

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Abbas Əliyev vəfat edib

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Abbas Əliyev vəfat edib
# 23 dekabr 2008 14:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilat məsələləri üzrə katibi, əməkdar mədəniyyət işçisi, fəlsəfə elmləri namizədi Abbas Əliyev dekabrın 22-də axşam saatlarında vəfat edib. Azərbaycan Kinematoqrafçılar İttifaqından APA-ya bildirilib ki, 63 yaşında dünyasını dəyişən Abbas Əliyev bu gün doğulduğu Şəmkir rayonunda valideynlərinin yanında torpağa tapşırılıb. Qeyd edək ki, mərhum noyabrın sonundan etibarən Moskvada müalicə olunurdu. Onun müalicə olunduğu xəstəxanada dünyasını dəyişdiyi bildirilir. Ailəsi Abbas Əliyevin hansı xəstəlikdən əziyyət çəkməsi barədə heç bir məlumat vermək istəməyiblər. Qeyd edək ki, Abbas Əliyev 1990-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqında katib vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR