Bank Of Baku

Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi İncəsənət Muzeyinin elmi işlər toplusu hazırlanır

Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi İncəsənət Muzeyinin elmi işlər toplusu hazırlanır
# 23 dekabr 2008 14:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Lətif Kərimov adına Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi İncəsənət Muzeyinin elmi işlər toplusu hazırlanır. Muzeyin direktoru Röya Tağıyevanın APA-ya verdiyi məlumata görə, topluya professor Arif Mustafayevin “Zinət əşyaları kolleksiyasına ümumi baxış”, tarixi elmlər doktoru Məşədixanım Nemətovanın “Mis əşyaların üstündə olan yazılar”, elmlər namizədi Tahir Bayramavovun “Azərbaycan xalçasının fəlsəfəsi: İnformasiya kodlarının axtarışı”, elmlər namizədi Nərminə Tağıyevanın “Corc Obannonun işlərində Şuşa xalçaları” və digər məqalələr daxil ediləcək: “2007-ci ildə Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi İncəsənət Muzeyinə elmi-tətbiqi müəssisə statusu verilib. Muzeyin nəzdində elmi bölmə yaradılıb. Sözügedən məqalə toplusu bu işdə görülən birinci təcrübədir. Xalça sənətindən əlavə topluya fəlsəfə, arxeologiya, epiqrafika, etnoqrafiya kimi sahələri əhatə edən tədqiqatlar daxildir. Qeyd etmək lazımdır ki, bu toplu təkcə mütəxəssislər üçün deyil, Azərbaycan xalqının incəsənət tarixi ilə maraqlanan geniş auditoriya üçün də maraqlı ola bilər”.

.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR