Bank Of Baku

2008-ci ildə Azərbaycan mədəniyyətinin itkiləri – Müslüm Maqomayev, Lütfiyar İmanov, Tükəzban İsmayılova, Kamal Xudaverdiyev... - FOTOSESSİYA

2008-ci ildə Azərbaycan mədəniyyətinin itkiləri – Müslüm Maqomayev, Lütfiyar İmanov, Tükəzban İsmayılova, Kamal Xudaverdiyev... - <font color=red>FOTOSESSİYA</font>
# 24 dekabr 2008 08:27 (UTC +04:00)
APA-nın məlumatına görə, 2008-ci il mədəniyyət sahəsində ilk böyük itki yanvarın 21-də baş verib. Həmin gün gecə saatlarında SSRİ xalq artisti Lütfiyar İmanov 79 yaşında dünyasını dəyişib. Uzun illər Azərbaycan mədəniyyətinə xidmət etmiş xalq artisti İslam Rzayevin vəfatı da yanvar ayına təsadüf edib. Görkəmli muğam ustası yanvarın 26-da 74 yaşında dünyasını dəyişib. Bu ilin martın 5-də isə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ədəbi-dram redaksiyasının baş redaktor müavini, şair Ağalar Mirzə dünyasını dəyişib. 74 yaşlı Azərbaycanın xalq rəssamı İbrahim Zeynalov isə Ağalar Mirzədən bir gün sonra, yəni martın 6-da vəfat edib. Martın 16-da isə Azərbaycan incəsənətinin və rəssamlıq sənətinin inkişafında danılmaz xidmətləri olan 92 yaşlı xalq rəssamı Maral Rəhmanzadə həyatla vidalaşıb. Həmin ay Azərbaycan mədəniyyətinə daha bir itki üz verib. Martın 24-də uzun sürən xəstəlikdən sonra Azərbaycanın xalq artisti Tükəzban İsmayılova 84 yaşında vəfat edib.

Aprel ayı da mədəniyyət aləmi üçün itkisiz ötüşməyib. Aprelin 8-də meyxana ustası Ağasəlim Çıldağ uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib. 10 aprel tarixi isə Azərbaycanın xalq artisti, bəstəkar Ramiz Mustafayevin vəfatı ilə yadda qalıb. 81 yaşında dünyasını dəyişən Ramiz Mustafayevdən 13 gün sonra, Azərbaycanın xalq artisti Kamal Xudaverdiyev vəfat edib. Aktyor uzun sürən xəstəlikdən sonra aprelin 23-də dünyasını dəyişib.

2008-ci ilin may ayında əməkdar incəsənət xadimi, professor Elşad Quliyev və xalq artisti Səfa Qəhrəmanov vəfat edib. 59 yaşında dünyasını dəyişən Səfa Qəhrəmanov uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub xə xroniki leykoz xəstəliyindən dünyasını dəyişib. İyunun 10-da füzulişünas, şair, qəzəlxan Həkim Qəni 91 yaşında vəfat edib. Həmin gün Türk dünyası daha bir böyük oğlu, dünya şöhrətli yazıçı Çingiz Aytmatovla vidalaşıb. Görkəmli yazıçı 80 yaşında dünyasını dəyişib.

İyulun 25-də Azərbaycanın əməkdar artisti Mais Salmanov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Oktyabrın 25-də isə Azərbaycan mədəniyyətinə çox böyük itki üz verib. Həmin gün dünya şöhrətli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayev vəfat edib. Tanınmış sənətkar yaşadığı Moskva şəhərində uzun sürən xəstəlikdən sonra həyatla vidalaşıb. Müslüm Maqomayevin cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda torpağa tapşırılıb. Oktyabr ayında həmçinin Türk dünyasının böyük şairi Fazil Hüsnü Dağlarca 98 yaşında vəfat edib.

Bu il Azərbaycan mədəniyyət və incəsənətinin son itkisi kino sahəsi ilə bağlıdır. Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilat məsələləri üzrə katibi, əməkdar mədəniyyət işçisi, fəlsəfə elmləri namizədi Abbas Əliyev dekabrın 22-də, 63 yaşında həyatla vidalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR