Bank Of Baku

Muzey Mərkəzində bəstəkar Tofiq Quliyevin fotolarından ibarət sərgi açılacaq

Muzey Mərkəzində bəstəkar Tofiq Quliyevin fotolarından ibarət sərgi açılacaq
# 30 dekabr 2008 14:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dövlət Film Fondunun təşkilatçılığı ilə görkəmli kino bəstəkarı Tofiq Quliyevin fotolarından ibarət sərgi açılacaq. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya deyib ki, sərgilənəcək fotolar fonda Tiflisdən gətirilib. Sərginin gələn ay Muzey Mərkəzində keçirilməsi planlaşdırılır. C. Quliyevin sözlərinə görə, bu fotoları Tofiq Quliyev 50-60-cı illərdə müxtəlif yerlərdə çəkdirib. Bununla yanaşı, bu günlərdə Gürcüstan vətəndaşının şəxsi kino arxivindən akademik Mustafa Topçubaşovun və Bolqarıstan vətəndaşının şəxsi kino arxivindən SSRİ-nin xalq artisti Zeynəb Xanlarovanın fotoları fonda təqdim edilib. Bu fotoların da təqdimatının keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR