Bank Of Baku

Lənkəran teatrında ilk dəfə olaraq şəbeh tamaşası hazırlanıb

Lənkəran teatrında ilk dəfə olaraq şəbeh tamaşası hazırlanıb
# 06 yanvar 2009 00:00 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında türk yazıçısı Bəkir Yıldızın “Kərbəla” əsəri əsasında hazırlanmış tamaşanın premyerası olub. Tamaşanın quruluşçu rejissoru, respublikanın əməkdar artisti Təvəkkül Əliyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, bu səhnə əsərini hazırlamaqda əsas məqsəd Kərbəla hadisələri zamanı islam aləminin müqəddəs şəxslərindən biri olan Həzrəti Hüseynin (ə.s.) tərəfdarlarının haqsızlıq və zülmə qarşı mübarizəsini tamaşaçılara çatdırmaqdır. Rejissorun fikrincə, tamaşanın səhnəyə qoyulması həmçinin uzun illərdən bəri Kərbəla hadisələri ilə bağlı formalaşan yanlış təsəvvürlərin aradan qaldırılması məqsədini daşıyır. Teatrın tarixində ilk şəbeh əsəri kimi səhnələşdirilmiş “Kərbəla” tamaşasının məsləhətçisi Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadədir.
Teatrdan APA-nın yerli bürosuna bildirilib ki, tamaşa Aşura günü pulsuz nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR