Bank Of Baku

Amerikada yaşayan müğənni Dariuş bu gün Bakıya gələcək

Amerikada yaşayan müğənni Dariuş bu gün Bakıya gələcək
# 06 yanvar 2009 09:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Amerikada yaşayan Cənubi Azərbaycandan olan müğənni Dariuş Eghbali martın 23-də Bakıda konsert verəcək. Konsertdən əvvəl Azərbaycanla yaxından tanış olmaq istəyən Dariuş bu gün Bakıya gələcək. Konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya bildirib ki, sənətçi Bakıya bu gün axşam gələcək. İki günlük səfəri çərçivəsində Dariuş həm yerli media mənsubları ilə görüşəcək, həm də Bakının tarixi yerlərini gəzəcək. Bu sənətçinin Azərbaycana ilk səfəridir. 57 yaşında olan iranlı müğənni yanvarın 9-da Amerikaya geri dönəcək.
Qeyd edək ki, Dariuş Eghbali Bakıdakı konsertinin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR