Bank Of Baku

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyində iki sənədli filmin çəkilişləri başa çatıb

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyində iki sənədli filmin çəkilişləri başa çatıb
# 06 yanvar 2009 13:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) (Az.TV) “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Mən şahidəm! Qılman İlkin” və “Nəyim varsa, sazımdadır…” sənədli televiziya filmlərinin istehsalı başa çatıb.
Bu barədə APA-ya QSC-nin mətbuat xidmətindən məlumat verilib. Tanınmış xalq yazıçısı Qılman İlkinə həsr olunan film bir əsrə bərabər ömür yaşayan ədibin xatirələri və əsərləri əsasında lentə alınıb. Əsərin ssenari müəllifi Yaqub Əlioğludur.
Digər sənədli film isə qədim saz alətinin mahir ifaçılarından biri sayılan Zahid Aslanoğlunun yaradıcılığından bəhs edir. Filmdə sənətkarın ifa etdiyi saz havalarına geniş yer ayrılıb. Filmin ssenari müəllifləri Eldar İsgəndərzadə və Etibar Əliyevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR