Bank Of Baku

Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə Sankt-Peterburq Rəssamlıq Akademiyası arasında saziş imzalanacaq

Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə Sankt-Peterburq Rəssamlıq Akademiyası arasında saziş imzalanacaq
# 06 yanvar 2009 14:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti (AMİU) Sankt-Peterburq Rəssamlıq Akademiyası ilə əməkdaşlıq edəcək. AMİU-dan APA-ya bildirilib ki, yaxın günlərdə qarşılıqlı əməkdaşlıqla bağlı hər iki ali təhsil ocaqlarının rəhbərləri arasında saziş imzalanacaq. Əməkdaşlıq çərçivəsində Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin Sankt-Peterburqda, Sankt-Peterburq Rəssamlıq Akademiyasının isə Azərbaycanda sərgiləri təşkil olunacaq. Eyni zamanda iki ali təhsil ocağının birgə təşəbbüsü ilə rəssamlıq jurnalının nəşr olunması planlaşdırılır. Saziş imzalandıqdan sonra isə hər il Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin 10 tələbəsinə Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil almaq imkanı yaradılacaq. Hər il Azərbaycandan 10 tələbə rəngkarlıq, qrafika, heykəltəraşlıq üzrə sözügedən akademiyada təhsil alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR