Bank Of Baku

Azərbaycan rəssamlarının Almaniyada və Türkiyədə sərgiləri keçiriləcək

Azərbaycan rəssamlarının Almaniyada və Türkiyədə sərgiləri keçiriləcək
# 06 yanvar 2009 15:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan rəssamlarının Almaniyada və Türkiyənin İstanbul şəhərində sərgiləri keçiriləcək. Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev APA-ya deyib ki, sərgilər mart və aprel aylarında təşkil olunacaq. Sərgidə gənc rəssamların rəngkarlıq və qrafika əsərləri nümayiş olunacaq.
Ə. Qarayev onu da deyib ki, yanvarın 12-də Azərbaycanın tanınmış rəssamı Tatyana Ağababayevanın 50 illik yubileyi münasibəti ilə fərdi sərgisi açılacaq. Sərginin açılış mərasimi Muzey Mərkəzində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR