Bank Of Baku

Bir qrup incəsənət xadimi millət vəkili Gülər Əhmədovanın müraciətinə qoşulub

Bir qrup incəsənət xadimi millət vəkili Gülər Əhmədovanın müraciətinə qoşulub
# 07 yanvar 2009 14:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın bir qrup tanınmış mədəniyyət xadimi özəl televiziyalarda milli-mənəvi dəyərlərə mənfi təsir göstərən verilişlərin yığışdırılması ilə bağlı çıxış edən millət vəkili Gülər Əhmədovanın təklifini dəstəkləmələri ilə bağlı bəyanat yayıblar. Müraciət müəlliflərinin APA-ya göndərdikləri bəyanatı Yaşar Nuri, Hacı İsmayılov, Xuraman və Fidan Qasımovalar, Natəvan Şeyxova, Habil Əliyev, Telman Adıgözəlov, Ağadadaş Ağayev, Əlibaba Məmmədov, Flora Kərimova, Firəngiz Mütəllimova, Gülyaz və Gülyanaq Məmmədovalar, Azərin, Rəfail Dadaşov, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Rafiq Əzimov imzalayıblar.

Müraciətdə özəl televiziyaların efirlərində şou xarakterli verilişlərinin sayının artması, keyfiyyətinin aşağı düşməsi barədə narahatlıq ifadə olunub: “Efir məkanını işğal etmiş, mənəviyyatımız, milli ruhumuz, Azərbaycançılıq ideyasına zərbə vuran, bayağılıqda bir-biri ilə rəqabətə girmiş verilişlərin sayı artır. Qalmaqallarda adları hallandırılan, mənəviyyatı ictimai qınağa çevrilmiş qeyri-peşəkar aparıcılar milli dəyərlər, ailə problemləri, zövqlə bağlı məsələlər haqda öz qüsurlu və ziyanlı mövqelərini xalqımıza yeridirlər”.

Müraciət müəllifləri bildiriblər ki, özəl televiziyalarda bəzi verilişlər zövq yaratmaq əvəzinə onu korlayır, şou çirkabı, təlxəklik “mədəniyyəti”, millətə ögey prioritetlər yeridirlər: “Biz – Azərbaycan incəsənətində öz sözünü demiş sənətkarlar – ümummilli lider Heydər Əliyevin keçən əsrin 60-cı illərindən həyata keçirdiyi və ölkə prezidenti İlham Əliyevin uğurla tətbiq etdiyi milli ənənələrin, Azərbaycançılıq siyasətinin ölkə efir məkanında öz layiqli yerini tutması üçün millət vəkili Gülər Əhmədovanın Milli Məclisdə etdiyi çıxışına dəstək kampaniyasına qoşulur və televiziya kanallarını milli mənəviyyatımıza zidd, yad musiqili, səsi olmayan, xaric ifalara yer verən aparıcılarının qeyri-peşəkarlığı ilə seçilən verilişlərini efirlərindən uzaqlaşdırmağa çağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR