Bank Of Baku

Ramiz və Əyyub Quliyevlər Polşada konsert proqramı ilə çıxış edəcəklər

Ramiz və Əyyub Quliyevlər Polşada konsert proqramı ilə çıxış edəcəklər
# 07 yanvar 2009 15:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev və dirijor Əyyub Quliyev yanvarın 16-da Polşanın Lyublin şəhərində konsert proqramı ilə çıxış edəcək. Əyyub Quliyev APA-ya deyib ki, konsertdə Polşanın tanınmış musiqi kollektivlərindən biri olan Lyublin Filarmonik Orkestrini idarə edəcək. Simfonik konsert polyak skripkaçısı və bəstəkarı Henrix Venyavskinin adını daşıyan Lyublin Dövlət Filarmoniyasının böyük zalında keçiriləcək. Dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Filarmonik Orkestrin ifasında qərb və rus klassik bəstəkarları – K. M. Veber, P. Caykovski, M. Oginskinin simfonik əsərləri ifa olunacaq. Konsertdə Ramiz Quliyevin ifasında Azərbaycan bəstəkarlarının tar və simfonik orkestr üçün yazılmış həcmli əsərləri də səslənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR