Bank Of Baku

İlhamə Quliyeva telekanallarda milli-mənəvi dəyərlərə zidd verilişlərin yayımlanmasına qadağa qoyulması təklifini dəstəkləyib

İlhamə Quliyeva telekanallarda milli-mənəvi dəyərlərə zidd verilişlərin yayımlanmasına qadağa qoyulması təklifini dəstəkləyib
# 09 yanvar 2009 12:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti İlhamə Quliyeva televiziya kanallarında milli-mənəvi dəyərlərə mənfi təsir göstərən verilişlərin yayımlanmasına qadağa qoyulması ilə bağlı çıxış edən millət vəkili Gülər Əhmədovanın təklifinə münasibət bildirib. Bununla bağlı APA-ya açıqlqama verən xalq artisti İlhamə Quliyeva şou-biznesdə milli-mənəvi dəyərlərə zidd amillərin aradan qaldırılması üçün bir qurum yaradılmasını vacib hesab edib: “Mən bu qurumun yaradılmasının vacibliyini hər çıxışımda bildirmişəm və bir daha bəyan edirəm ki, bu xaosu aradan qaldırmaq lazımdır. Bu mənim çoxdankı arzumdur. Bir çox televiziya tamaşaçıları bu mövzu ilə bağlı mənə müraciət ünvanlayıblar. Mən də o müraciətləri millət vəkillərinə müxtəlif vasitərlərlə ünvanlamışam”.
Bununla bağlı Rusiya təcrübəsindən misal gətirən İ.Quliyeva, Rusiya Dumasında da belə bir qurum mövcud olduğunu bildirib: “Adıçəkilən qurumda tanınmış mədəniyyət işçiləri yer alır və onlar efir mədəniyyətini tənzimləyirlər. Mən dəfələrlə belə bir qurumun Azərbaycan parlamentində təşkil olunması barədə müraciətlər etmişəm. Efirlərdə baş alıb gedib xaosun günahını mən televiziya rəhbərlərində görürəm. Bu “qara piar”dır və Azərbaycan xalqına yaraşmır. Mən təşəbbüslə çıxış etdiyinə görə millət vəkili Gülər Əhmədovaya xüsusi minnətdrlığımı bildirirəm. İnanıram ki, bu qurum yaradıldıqdan sonra bu qara ləkələr, bu tərbiyəsizliklər, tamaşaçı zövqünü incidən bu məqamlar aradan qaldırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR