Bank Of Baku

Muzey Mərkəzində rəssam Tatyana Ağababayevanın fərdi yaradıcılıq sərgisi keçirilib

Muzey Mərkəzində rəssam Tatyana Ağababayevanın fərdi yaradıcılıq sərgisi keçirilib
# 12 yanvar 2009 15:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində rəssam Tatyana Ağababayevanın fərdi yaradıcılıq sərgisi keçirilib. APA-nın məlumatına görə, “Əks olunan dünya-3” adı altında təşkil olunan sərgidə rəssamın batik, rəngkarlıq və qrafika janrında 50-yə yaxın əsəri nümayiş etdirilib. Sərginin açılışında çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov T. Ağababayevanın yaradıcılığını yüksək qiymətləndirdiyini qeyd edib: “Tatyana xanım Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində təhsil alıb, daha sonra isə Leninqrad Ali Rəssamlıq-Sənaye məktəbini bitirib. Biz Tatyana xanımı tətbiqi sənət ustası kimi tanıyırdıq. Ancaq bugünkü sərgidə nümayiş etdirdiyi batik janrındakı əsərləri onun çox nadir rəssamlardan olduğunu sübuta yetirdi. Tarix boyu rəssamlar öz əsərləri ilə kiməsə oxşamağa çalışıb. Sevindirici haldır ki, Tatyana xanım özü öz yolu ilə gedir və heç kimə bənzəmir”. T. Ağababayeva isə deyib ki, bu, onun Bakıda təşkil olunan 5-ci fərdi sərgisidir. Rəssamın müxtəlif illərdə Litva, Avstriya, Türkiyə, Gürcüstan, Çexoslavakiya, Latviya, Moskvada da sərgiləri keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR