Bank Of Baku

“Abşeron” rəsm qalereyası bir sıra layihələr həyata keçirəcək

“Abşeron” rəsm qalereyası bir sıra layihələr həyata keçirəcək
# 13 yanvar 2009 10:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Abşeron” rəsm qalereyasının təşkilatçılığı ilə 2009-cu ildə bir sıra kitab layihələri həyata keçiriləcək. “Abşeron” rəsm qalereyasının direktoru Eldəniz İbrahimov APA-ya deyib ki, həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri də “Milli dəyərlər” silsiləsi adı altında baş tutacaq. Onun sözlərinə görə, bu layihə milli irsə, dünyasını dəyişmiş rəssamlara həsr olunacaq: “Ənənələr, mərasimlər də bura daxildir. Bir kitab isə büsbütün Azərbaycanın hərb tarixinə həsr olunacaq. “Milli dəyərlər” silsiləsi çərçivəsində artıq bir nəşr çapdan çıxıb. Həmin kitab məşhur bakılı rəssam və pedaqoq Ənvər Əliyevin xatirəsinə həsr olunub”. Onun sözlərinə görə, “Sotbi” auksionunda qiymətləndirilmiş ilk azərbaycanlı rəssam Rəhman Şıxəliyevə həsr olunmuş ikinci kitab çapa hazırlanır. E. İbrahimovun təşəbbüsü ilə həyata keçiriləcək ikinci layihə isə “Vətən: qarış-qarış” adlanır. Layihə çərçivəsində ilk nəşr yaxın günlərdə təqdim ediləcək. “Şərqin qapısında möcüzələr” kitabına Azərbaycanın nə qədər nadir təbiət gözəlliklərinin olduğunu əyani şəkildə göstərən illüstrasiyalar daxil edilib: “Məsələn, çoxları bilmir ki, MDB məkanında ilk məbəd Azərbaycanın Kiş kəndində inşa edilib, Balakən məscidlərinin hündürlüyü 45 metrə çatan minarələri isə dünyanın ən hündür minarələri sırasındadır. “Şərqin qapısı”nı mütaliə edənlər bir çox möcüzələrdən ilk dəfə xəbərdar olacaqlar”. Üçüncü layihə – “Art-monitor” hələlik hazırlıq mərhələsindədir və çağdaş Azərbaycan rəssamlarına həsr olunacaq. Layihənin nəticələri yarım ildən sonra təqdim ediləcək. E. İbrahimov deyib ki, bu silsilədən ilk kitab Qərbdə də çox məşhur olan natürmortları ilə, həm də maraqlı məişət lövhələri ilə tanınan rəssam Oruc Məmmədovun yaradıcılığından bəhs edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR