Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi Yalçın Rzazadənin həyat yoldaşının işdən çıxarılması faktı ilə bağlı bəyanat yayıb
Bəyanatda, həmçinin, kitabxananın fəaliyyəti ilə əlaqədar vətəndaşların şikayətlərinin davam etdiyi bildirilir: “Şikayətçilərin müraciətlərini nəzərə alaraq, kitabxanaya yenidən komissiya göndərilib və kitabxananın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib. Belə ki, Roza Rzazadənin qanunvericiliyi pozaraq övladını və digər ailə üzvünü həmin kitabxanada işə götdüyü məlum olub. Adıçəkilən şəxslər başqa yerdə işləmələrinə baxmayaraq, Ə. Məmmədxanlı adına kitabxanada da şöbə müdiri və kitabxanaçı vəzifələri icra edərək əmək haqqı alıblar. Həmçinin kitabxananın ştat cədvəlində 9 nəfərdən beşinin “ölü can” olduğu aşkarlanıb. Faktiki çalışan üç kitabxanaçı isə ifadələrində Roza Rzazadənin işə istədiyi vaxt gəldiyini bildiriblər. Bundan başqa, yoxlama nəticəsində kitabxananın nadir fondundakı kitabların bərbad vəziyyətə düşdüyü, oxucularla işin düzgün qurulmadığı, kitabxananın rus bölməsində 100 şəxsiyyət vəsiqəsi, Azərbaycan bölməsində isə şəxsiyyəti təsdiq edən 50 sənəd, o cümlədən 18 xarici pasport aşkar edilib, kitabxanada dövlət vəsaiti hesabına alınan bəzi avadanlıqlar yerində olmayıb. Göstərilən nöqsanlar barədə direktor Roza Rzazadə izahat verməkdən imtina edərək komissiya üzvlərini hədələyib, onlara xalq artisti Yalçın Rzazadənin həyat yoldaşı olduğunu bildirib, ona heç kimin heç nə edə bilməyəcəyini söyləyib.
Direktor Roza Rzazadənin qeyd olunan nöqsanlara görə əvvəllər töhmət almasına baxmayaraq, işində dönüş yaratmaması və sonuncu yoxlamanın nəticəsi nəzərə alınaraq onun işdən çıxarılması ilə bağlı müvafiq qaydalara uyğun olaraq Həmkarlar Komitəsinə müraciət edilib, Komitənin razılığı əsasında direktor Roza Rzazadə əmək qanunvericiliyinə uyğun şəkildə vəzifəsindən azad edilib. Lakin Roza Rzazadə kitabxananı heç kimə təhvil verməyəcəyini bildirərək İdarə tərəfindən göndərilmiş müvafiq komissiyanı hədələyib. Məsələnin ciddiliyini nəzərə alaraq, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi kitabxanaya gedərək orada Roza Rzazadənin və oğlunun hədə-təhqirlərinə məruz qalıb. Roza Rzazadəyə vəzifəsindən azad olunması və kitabxananı müvafiq qaydada təhvil verilməsi ilə bağlı izahatlar təqdim olunmasına baxmayaraq, o, komissiya üzvlərinə və idarə rəisinə təzyiqlərini davam etdirib. Roza Rzazadənin hədə və təhqirləri nəzərə alınaraq, kitabxanaya polis dəvət olunub və müvafiq qaydada akt tərtib edilib. Roza Rzazadənin həyat yoldaşı Yalçın Rzazadə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə zəng edərək idarə rəisinə təzyiq edib, ona “Mənim xalq artisti olduğumu, Prezident təqaüdçüsü olduğumu bilmirsənmi? Sən kimsən ki, mənim həyat yoldaşımı işdən çıxardırsan, mən bu məsələni belə qoymayacağam!” deyərək hədə-qorxu gəlib”.
Bəyanatın sonunda Roza Rzazadənin kitabxanada uzun müddət işlədiyini və müvafiq orqanlarla razılıq əldə etdiyini əsas gətirərək, kitabxananı özəlləşdirilmək istəyi ilə bağlı dəfələrlə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə təklif irəli sürməsi də qeyd olunub. Lakin onun təklifləri qəbul edilməyib: “Roza Rzazadənin kitabxananın fəaliyyətini iflic vəziyyətinə salmasının səbəbinin kitabxananı özəlləşdirmək istəyi olduğunu nəzərə alsaq, onun və həyat yoldaşı Yalçın Rzazadənin uzun müddət planlaşdırdıqları məqsədlərinə çatmadıqları üçün Mədəniyyət və Turizm Nazirliyinə və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə qarşı yalan ittihamlar irəli sürməyə, böhtanlar atmağa başlamaları heç də təsadüfi deyl”.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB