Bank Of Baku

20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş sərgi-tədbir keçiriləcək

20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş sərgi-tədbir keçiriləcək
# 13 yanvar 2009 14:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət İstiqlal Muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş sərgi-tədbir keçiriləcək. Muzeydən APA-ya bildirilib ki, sərgidə ilk dəfə olaraq fotoqraf Tahir Cəfərovun fəciəyə həsr olunmuş fotoları nümayiş olunacaq. “Tarix olduğu kimi” adı altında həyata keçiriləcək sərgidə fotoqrafın 40-a yaxın fotoları tədbir iştirakçılarının ixtiyarına veriləcək. Həmin gün Qafqaz liseyinin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiya da nümayiş olunacaq. Tədbir-sərgi yanvarın 17-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR