Bank Of Baku

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti nümayiş olunacaq
# 14 yanvar 2009 09:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, bu kollektivin Polad Bülbüloğlunun ad gününə hədiyyəsidir. 2005-ci ildə baletmeyster Vakil Usmanovun quruluşunda səhnələşdirilən tamaşa premyeradan sonra Sankt-Peterburqda Marinski adına Opera və Balet Teatrında və Moskvada Rusiya Akademik Böyük Teatrında nümayiş olunub. Baletin librettosu “Dədə Qorqud” eposunun motivləri əsasında qələmə alınıb və milli musiqi və rəqslərin klassik balet elementləri ilə vəhdətindən yaranıb. Tamaşada əsas rolları əməkdar artistlər Gülağası Mirzəyev (Azər), Kamilə Hüseynova (Baycan), Samir Səmədov (Ölüm), Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri, xalq artistləri Təranə Muradova, Rüfət Xəlilzadə və başqaları ifa edəcəklər. Balet tamaşasının dirijoru isə xalq artisti Cavanşir Cəfərovdur.

Qeyd edək ki, P. Bülbüloğlu 1945-ci il fevralın 4-də anadan olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR