Bank Of Baku

Dövlət Yuğ Teatrının kollektivi Tacikistan və İranda beynəlxalq teatr festivallarında iştirak edəcək

Dövlət Yuğ Teatrının kollektivi Tacikistan və İranda beynəlxalq teatr festivallarında iştirak edəcək
# 14 yanvar 2009 12:00 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova-APA. Dövlət Yuğ Teatrının kollektivi bu ilin aprelində Tacikistanda keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək. Yuğ Teatrının direktoru Tərlan Rəsulovun APA-ya verdiyi məlumata görə, “Novruz” adı altında keçiriləcək festivalda dünyanın bir çox ölkələrindən teatr kollektivinin iştirakı gözlənilir. Bu festivalda Azərbaycanı təmsil edəcək Yuğ Teatrının yaradıcı kollektivi isə Məhəmməd Füzuli layihəsi çərçivəsində hazırlanan üç tamaşa ilə çıxış edəcək. T. Rəsulovun sözlərinə görə, teatr kollektivinin yaxın aylarda Tehranda keçiriləcək “Fəcr” festivalında da iştirakı planlaşdırılır. Bu festivalda da yaradıcı heyətin ifasında Məhəmməd Füzuli layihəsi çərçivəsində hazırlanan bir neçə tamaşa göstəriləcək. Hazırda teatrda A. Çexovun “Albalı bağı” əsəri əsasında “Birinci akt” adlı yeni tamaşa səhnələşdirilir. Teatrın baş rejissoru Vaqif İbrahimoğlunun quruluşunda hazırlanan tamaşanın rəssamı Rəşid Şerifdir. Tamaşada əsas rolları aktyorlar Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Məmməd Səfa, Kamran Yunus, Mətanət Abbaslı və başqaları canlandırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR