Bank Of Baku

Əlibaba Məmmədov gözündən əməliyyat olunub

Əlibaba Məmmədov gözündən əməliyyat olunub
# 14 yanvar 2009 12:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti, xanəndə Əlibaba Məmmədov gözündə cərrahiyyə əməliyyatı aparılıb. Bununla bağlı APA-ya açıqlama verən Əlibaba Məmmədov bir neçə gün bundan əvvəl sağ gözündə cərrahiyyə əməliyyatı aparıldığını deyib. Hazırda özünü yaxşı hiss etdiyini bildirən xanəndə müalicəsinin hələ də davam etdiyini vurğulayıb: “Sağ gözümdə mirvari suyu var idi. Elə cərrahiyyə əməliyyatı bununla əlaqədar idi. Həkimlərin dediyinə görə, hələ 15-20 gün müalicə davam etməlidir. Artıq evdəyəm və müalicəm ev şəraitində davam etdirilir. Göz əməliyyatı çətin əməliyyat olduğu üçün bunu qorumaq lazımdır. Hər yerə eynəklə gedirəm”. Ə. Məmmədov qeyd edib ki, 80 illik yubileyi ərəfəsində silsilə görüşlər keçirmək niyyətindədir: “Məni unutmadığınız üçün minnətdaram. Özümü 80 illik yubileyimə hazırlayıram. Hər şey yaxşı olsa, 80 yaşımı da xalqımla birgə keçirəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR