Bank Of Baku

Bakı Kamera Teatrı İranda beynəlxalq teatr festivalında iştirak edəcək

Bakı Kamera Teatrı İranda beynəlxalq teatr festivalında iştirak edəcək
# 14 yanvar 2009 13:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakı Kamera Teatrı 21-30 yanvar tarixlərində İranda keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək. Teatrın aktyoru, əməkdar artist Şövqü Hüseynov APA-ya deyib ki, festivalda Azərbaycanla yanaşı, Fransa, Böyük Britaniya, Almaniya, Kanada, Sudan, Macarıstan, Gürcüstan, Əfqanıstan və digər ölkələrin teatr truppaları iştirak edəcək. Bu səfər çərçivəsində teatr kollektivinin 27-ci Tehran festivalında da iştirakı nəzərdə tutulur. Festivalda teatr kollektivi Semuel Bekketin “Qodonun intizarında” tamaşası ilə çıxış edəcək. Tamaşa xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanıb. Ş. Hüseynovun bildirdiyinə görə, festival çərçivəsində tamaşaçılarla görüşlər və “İslam ölkələrində teatr” adlı konfrans da keçiriləcək. Bu konfransda Azərbaycan teatr mütəxəssislərinin çıxışları gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR