Bank Of Baku

Bakıda “Uşaq və musiqi” mövzusunda tədbir keçirilib

Bakıda “Uşaq və musiqi” mövzusunda tədbir keçirilib
# 15 yanvar 2009 09:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Niyazinin Ev Muzeyində 2009-cu il ölkəmizdə “Uşaq ili” elan edilməsi ilə əlaqədar “Uşaq və musiqi” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, xalq artistləri Oqtay Zülfüqarov, Musa Mirzəyev çıxış ediblər. Bəstəkar Oqtay Zülfüqarovun uşaqlar üçün yazdığı əsərlər səslənib. 2 və 12 saylı uşaq musiqi məktəblərinin şagirdləri klassik musiqi əsərləri ifa ediblər. Tədrdə Azərbaycan Dövlət Filarmoniyasının solisti, pianoçu Svetlana Əhmədovanın ifasında Qara Qarayevin, Vasif Adıgözəlovun və digər bəstəkarların əsərləri də səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR