Bank Of Baku

Azərbaycan paytaxtındakı kitabxanaların direktorları Yalçın Rzazadənin həyat yoldaşının işdən çıxarılması barədə qərarı dəstəkləyirlər

Azərbaycan paytaxtındakı kitabxanaların direktorları Yalçın Rzazadənin həyat yoldaşının işdən çıxarılması barədə qərarı dəstəkləyirlər
# 16 yanvar 2009 08:55 (UTC +04:00)
APA-nın məlumatına görə, Direktorlar Şurasının rəsmi bəyanatında Ə. Məmmədxanlı adına kütləvi kitabxananın Bakı şəhərinin mərkəzində yerləşməsinə baxmayaraq, kitabxananın fəaliyyətinin uzun illərdir, acınacaqlı vəziyyətdə olduğu qeyd olunub: “Kitabxananın direktoru Roza Rzazadənin illərdən bəri rəhbərlik etdiyi kitabxananın işini düzgün qura bilməməsi, kitabxana fondunu bərbad hala salması əhaliyə xidmət səviyyəsini demək olar ki, yox səviyyəsinə gətirib çıxarıb. Prezident İlham Əliyevin mədəniyyət sahələrinin inkişafına xüsusi diqqət yetirdiyi bir vaxtda, Azərbaycanın regionlarında, həmçinin Bakıda mədəniyyət müəssisələrinin əhaliyə yüksək səviyyədə xidmət göstərməsini təmin etmək məqsədi ilə görülən tədbirləri və dövlət siyasətini nəzərə alsaq, Bakı şəhərinin mərkəzində yerləşən Ə. Məmmədxanlı adına kütləvi kitabxananın fəaliyyətinin bərbad vəziyyətə salınması müsbət hal deyil. Kitabxananın fəaliyyətinin iflic vəziyyətdə olması və direktor Roza Rzazadənin işə biganə yanaşması ilə bağlı Kitabxana Direktorlar Şurası dəfələrlə iclas keçirib, qeyd olunan məsələlər müzakirə olunub, müvafiq tədbirlər görülməsi üçün Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə müraciət edilərək kitabxananın fəaliyyətini normal şəraitə gətirilməsi məqsədilə kitabxanada kadr islahatlarının aparılmasının, müvafiq ixtisaslı və təcrübəli kadrların təyin olunmasının zəruriliyi bildirilib”.

Direktorlar Şurasının bəyanatında o da qeyd olunub ki, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən kitabxananın fəaliyyətinin bir neçə dəfə yoxlanılmasına, ciddi nöqsanların aşkarlanmasına və direktor Roza Rzazadəyə nöqsanlara görə töhmət verilməsinə və xəbərdarlıq edilməsinə baxmayaraq, kitabxananın fəaliyyətində heç bir dəyişiklik edilməyib, əksinə kitabxananın fəaliyyəti direktor Roza Rzazadə tərəfindən daha da acınacaqlı vəziyyətə salınıb: “Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən sonuncu dəfə kitabxananın fəaliyyətinin yoxlanılması və kitabxananın fəaliyyətinin normal şəraitə gətirilməsi məqsədilə kitabxanada kadr islahatını apararaq, kitabxana direktoru Roza Rzazadənin vəzifəsindən kənarlaşdırılmasını məqsədəuyğun hesab edirik və kitabxanaya müvafiq ixtisaslı və təcrübəli kadrın təyin olunaraq kitabxananın fəaliyyətinin bərpa olunmasına inanırıq. Bakı şəhərində fəaliyyət göstərən kitabxanalarda kadr və digər müvafiq islahatlara ehtiyac olduğunu və bu islahatların tədricən həyata keçiriləcəyinə ümid edirik”. Bəyanatın sonunda isə Direktorlar Şurası Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin bu sahədə hazırda gördüyü işləri dəstəklədiyini qeyd edib.

Qeyd edək ki, bəyanatı M. Qorki adına Kitabxananın direktoru N. Ələkbərova, M. Ə. Sabir adına Mərkəzi Şəhər Kitabxanasının direktoru S. Məmmədəliyeva, 8-ci mikrorayon kütləvi kitabxananın direktoru L. Atayeva, Əzizbəyov rayon Mərkəzi Şəhər Kitabxanasının direktoru O. Abdullayeva, A. Şaiq adına Uşaq Kitabxananın direktoru V. Quliyeva, Nizami adına Kitabxananın direktoru Ş. Qəmbərova, Sabir adına kitabxana-klubun direktoru F. Bəkirzadə, A. S. Puşkin adına Kütləvi Kitabxananın direktoru N. Sultanova, Ü. Hacıbəyov adına Kütləvi Kitabxananın direktoru Ş. Orucov, Sahil qəsəbə Kütləvi Kitabxananın direktoru U. Heybətova imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR