Bank Of Baku

Rusiyanın “meqa star”ı Alla Puqaçovaya orta məktəbdə dərs demək təklif olunub

Rusiyanın “meqa star”ı Alla Puqaçovaya orta məktəbdə dərs demək təklif olunub
# 16 yanvar 2009 10:41 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova - APA. Rusiyanın məşhur müğənnisi Alla Puqaçovaya orta məktəbdə dərs demək təklif olunub. APA-nın life.ru internet saytına istinadən verdiyi məlumata görə, müğənniyə bu təklif 38 il öncə işlədiyi 621 nömrəli orta məktəbin kollektivi tərəfindən edilib. Məktəbin müəllim və şagird heyəti A. Puqaçovadan məktəbdə musiqi müəlliməsi işləməsini xahiş ediblər.

Məlumatda bildirilir ki, rusiyalı müğənni 1970-ci ildə bu məktəbdə cəmi dörd ay musiqi müəlliməsi işləyib. Məktəb müəllimləri hesab edirlər ki, A. Puqaçovanın məktəbdə işləməsi şagirdlərin musiqiyə sevgisini artıra bilər.

A. Puqaçova hələlik təklifə münasibət bildirməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR