Bank Of Baku

Bakıda Mərkəzi şəhər Uşaq Kitabxanasında kitabxana-kitab mağazasının açılış mərasimi keçirilib

Bakıda Mərkəzi şəhər Uşaq Kitabxanasında kitabxana-kitab mağazasının açılış mərasimi keçirilib
# 16 yanvar 2009 14:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Bakı şəhəri Səbail rayonu M. Seyidzadə adına Mərkəzi şəhər Uşaq Kitabxanasında Azərbaycanda ilk dəfə kitabxana-kitab mağazasının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kitabxana-kitab mağazasında müasir tələblərə cavab verən “Sərgi salonu”, “Uşaq yaradıcılıq otağı” fəaliyyətə başladığını qeyd edib: “Mən inanıram ki, bu təcrübə daha da genilş inkişaf etdiriləcək. Kitabxananın bu təşəbbüsü bəyənilməlidir. Arzum odur ki, bu kitabxana yalnız Azərbaycan və Rusiya kitablarının satışına xidmət etməsin, biz burada ingilis, fransız, alman dilində, eyni zamanda Azərbaycan müəlliflərinin kitablarını başqa dillərdə nəşrlərinin satışını təşkil edək”. Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şöbəsinin sektor müdiri Lətifə Məmmədova bildirib ki, Azərbaycan prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi sözügedən Dövlət Proqramının icraasını təmin etmək məqsədi ilə pilot layihə - M. Seyidzadə adına Mərkəzi şəhər Uşaq Kitabxanasının nəzdində Azərbaycanda ilk dəfə olaraq kitabxana-kitab mağazasının yaradılması işini həyata keçirib. Sektor müdirinin bildirdiyinə görə, bu məqsədlə yaradılan kitabxana-kitab mağazasında respublikanın müxtəlif nəşriyyatlarında çap olunan və ictimaiyyət tərəfindən maraqla qarşılanan nəşrlərin təbliği və satışı həyata keçirilir. Eyni zamanda Rusiya Federasiyasında nəşr olunmuş rus, ingilis və s. xarici dillərdə elmi-populyar nəşrlər, uşaq ədəbiyyatı, bessellerlər, ensiklopediya, lüğət, məlumat-sorğu ədəbiyyatı, elektron kitablar alınmış və kitabxana-kitab mağazasında oxuculara təqdim olunur.
Açılış mərasimində çıxış edən millət vəkili Elmira Axundova son dövrlərdə təşkil olunan bu tipli tədbirləri yüksək qiymətləndirib: “Belə tədbirlərin təşkili sübut edir ki, kitabxana işində canlanma dövrünü yaşayırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR