Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşçılar Teatrı, Dövlət Gənclər Teatrı və Bakı Kamera Teatrı birləşdiriləcək

Azərbaycan Dövlət Gənc Tamaşçılar Teatrı, Dövlət Gənclər Teatrı və Bakı Kamera Teatrı birləşdiriləcək
# 16 yanvar 2009 15:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın paytaxtında fəaliyyət göstərən üç teatr-Azərbaycan Dövlət Gənc Tamaşçılar Teatrı, Dövlət Gənclər Teatrı və Bakı Kamera Teatrı birləşəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, üç teatrın birləşdirilməsi planı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əsaslı təmirdə olan binasının təhvilindən sonra həyata keçiriləcək: “Azərbaycanda fəaliyyət göstərən teatrların yersiz, əziyyətlə, imkansız şəkildə fəaliyyət göstmərməsini istəmirik. Ona görə də biz üç teatrı birləşdirmək qərarına gəldik. Amaliya Pənahovanın rəhbərlik etdiyi Bələdiyyə Teatrı öz fəaliyyətini davam etdirəcək. Ancaq çox gözəl tamaşalar hazırlayan Bakı Kamera Teatrının yeri yoxdur. Hesab edirik ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binası hazır olandan sonra Novruz bayramı ərəfəsində yeni formada tamaşaçıların ixtiyarına veriləcək. Elə həmin vaxt Gənclər Teatrı və Kamera Teatrının birləşdirilməsi və möhkəmləndirilməsi mərhələsinə start verəcəyik. Bu qərar yeni bir şəraitin və yeni yaradıcı mühitin yaradılmasına təkan verəcək”.
Ə. Qarayev onu da qeyd edib ki, üç teatr birləşsə də, heç bir teatrın kollektivində ixtisar olmayacaq, heç bir rejissor və aktyor işsiz qalmayacaq və onların maddi-texniki bazası möhkəmlənəcək.
Nazirinin sözlərinə görə, Gəncə şəhərində Gəncə Poeziya Teatrı ilə Gəncə Dövlət Teatrı birləşdirilib və hazırda vəhdətləşmiş kollektiv şəklində layihələr həyata keçirilir. Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov isə iki il müddətinə Gəncə Dövlət Teatrına ezam olunub. Nazir onu da qeyd edib ki, paytaxtın bir neçə teatrında studiya da yaradıcılacaq və bununla bağlı yaxın müddətdə hazırlıq işlərinə başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR