Azərbaycanı “Eurovision-2009” mahnı müsabiqəsində təmsil edəcək şəxsin adı açıqlanıb – YENİLƏNİB FOTOSESSİYA
Mətbuat konfransında çıxış edən “Eurovision-2009” yarışmasının Azərbaycan nümayəndə heyətinin mətbuat katibi Leyla Əliyeva bildirib ki, təmsilçi İTV-nin baş direktoru İsmayıl Ömərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru İbrahim Quliyev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mənzər Nurəliyeva və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyevdən ibarət 7 nəfərlik münsiflər heyəti tərəfindən 40 iddiaçı arasından seçilib. 2008-ci il oktyabrın 24-25-də İTV-nin binasında keçirilən iki turdan ibarət milli seçimlərdə 40 müğənni iştirak edib, münsiflər heyəti isə 19 yaşlı Aysel Teymurzadə üstünlük verib. Milli seçimlərə əsasən televiziyalarda keçirilmiş müxtəlif mahnı müsabiqələrinin – “Yeni ulduz”, “Azəri star”, “Sing Your Song”un iştirakçıları qatılıblar. İctimai Televiziyanın böyük zalında keçirilən seçim turlarına gələn sənətçilərin ifaları lentə alınıb. Münsiflər heyəti həmin videoyazını dönə-dönə izləyib, diskussiyalar aparıb. Heyətin son toplantısı zamanı yekdil qərar qəbul olunub və 54-cü “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi olaraq Aysel Teymurzadə seçilib.
L. Əliyeva deyib ki, münsiflər heyətinin rəyinə əsasən Aysel Teymurzadə “Eurovision” səhnəsində çıxış etmək üçün bütün keyfiyyətlərə malikdir: “Söhbət xarici görünüş, xarizma, rəqs, səs imkanları, dünyagörüşü və xarici dil bilgilərindən gedir. Aysel kastinqlər zamanı bir neçə kompozisiya ifa etmişdi. Bura həm dünya, həm də Azərbaycan mahnıları daxil idi. Hazırda münsiflər heyətinin qarşısında duran əsas məsələ “Eurovision” səhnəsində Azərbaycanı təmsil edəcək ifaçıya uyğun olacaq və ölkəmizi layiqincə təmsil edəcək mahnının seçilməsidir. Odur ki, təşkilat komitəsi həm yerli, həm də xarici bəstəkarlara üz tutub yeni, orijinal, məhz “Eurovision” üçün yazılmış mahnı qəbulunu rəsmən elan edir. Mahnı müsabiqənin formatına uyğun, yaddaqalan və orijinal olmalıdır”.
L. Əliyevanın sözlərinə görə, mahnılar fevralın 1-nə kimi İTV-yə təqdim olunmalı, Azərbaycanı müsabiqədə təmsil edəcək ifaçı və mahnı martın ortalarında Avropa Yayım Birliyinə bildirilməlidir. Ötən il olduğu kimi, bu il də Azərbaycanın “Eurovision”da uğurlu çıxışını təmin etmək üçün bu sahədə böyük təcrübəsi olan Ukraynanın “Euro Media” piar şirkətinə müraciət edilib. Müsabiqədə Azərbaycan təmsilçisinin hansı nömrə altında çıxış edəcəyi yanvarın 30-da keçiriləcək püşkatma zamanı məlum olacaq.
Azərbaycan təmsilçisi Aysel Teymurzadə özünə çox güvəndiyini bəyan edib: “Azərbaycanın bayrağını göylərə qaldırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Birinci olacağıma əminəm. Çünki bu gücü özümdə hiss edirəm. Artıq məlum olan rəqiblərimi də tanıyıram və hesab edirəm ki, hamısından güclüyəm”. Bir il ABŞ-da yaşadığını söyləyən A. Teymurzadə bu ölkədə keçirilən beynəlxalq müsabiqələrdə uğurla çıxış etdiyini və müsabiqələrin birində qızıl medal qazandığını da vurğulayıb.
Xatırladaq ki, Moskvada keçiriləcək “Eurovision-2009” yarışmasının birinci yarımfinalı mayın 12-də, ikinci yarımfinalı mayın 14-də, final mərhələsi isə mayın 16-da keçiriləcək. Ümumilikdə builki müsabiqədə 43 ölkə təmsil olunacaq.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB