Bank Of Baku

Bakıda dünyaya gəlmiş ilk qadın-dirijor vəfat edib

Bakıda dünyaya gəlmiş ilk qadın-dirijor vəfat edib
# 19 yanvar 2009 09:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakıda dünyaya gəlmiş ilk qadın-dirijor, SSRİ xalq artisti Veronika Dudarova vəfat edib. APA-nın məlumatına görə, bu gün o, Moskvanın Troyekurov qəbiristanlığında torpağa tapşırılacaq.

V. Dudarova 1916-cı il dekabrın 5-də Bakıda zadəgan osetin ailəsində anadan olub. Leninqrad Konservatoriyası yanında musiqi məktəbinin fortepiano sinfini, Moskva Konservatoriyasının dirijorluq fakültəsini bitirib, Nikolay Anosov və Leo Ginzburqun tələbəsi olub. 1947-1960-cı illərdə Moskva Dövlət Akademik Simfonik Orkestrinin dirijoru, 1960-1989-cu illərdə orkestrin baş dirijoru və bədii rəhbəri işləyib, 1991-ci ildən həyatının son gününə kimi isə Rusiya Simfonik Orkestrinə rəhbərlik edib.

V. Dudarovanın adı 50 ildən artıq böyük simfonik orkestrin kollektivlərinə rəhbərlik etdiyi üçün Ginnesin Rekordlar Kitabına salınıb, Günəş sisteminin kiçik planetlərindən birinə onun adı verilib.

Tanınmış dirijorla vida mərasimi bu gün Moskva Konservatoriyasının Böyük Zalında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR