Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Arşin mal alan” və “O olmasın bu olsun” tamaşaları səhnələşdiriləcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Arşin mal alan” və “O olmasın bu olsun” tamaşaları səhnələşdiriləcək
# 19 yanvar 2009 13:06 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Türkiyə ilə müştərək teatr layihəsi həyata keçirəcək. Teatrın direktoru Mübariz Həmidovun APA-ya verdiyi məlumata görə, layihəyə əsasən Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinin ifasında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun və ölməz sənətkar Rəşid Behbudovun xatirəsinə həsr olunmuş “Arşin mal alan” və “O olmasın bu olsun” əsərləri səhnəyə qoyulacaq. Rejissor Vaqif Əsədovun səhnələşdirdiyi tamaşada baş rolları xalq artisti Yasin Qarayev, əməkdar artist Nailə Allahverdiyeva, aktyorlar Elnur Kərimov, Elnur Hüseynov, Günel Məmmədova oynayacaq. M. Həmidov deyib ki, bu tamaşaların Gənc Tamaşaçılar Teatrının kollektivinin ifasında İstanbulun bir neçə mədəniyyət mərkəzlərində nümayişi nəzərdə tutulur. Bununla yanaşı, hazırda teatrda rejissor, əməkdar artist Loğman Kərimovun quruluşunda Nəcəf bəy Vəzirovun “Dələduz” əsəri əsasında yeni tamaşanın hazırlıqlarına başlanılıb. Teatr rəhbərinin sözlərinə görə, teatr kollektivinin mart - aprel aylarında hazırda əsaslı təmirdə olan əsas binaya köçməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR