Bank Of Baku

Polşa mətbuatı azərbaycanlı tarzən Ramiz Quliyevi “Şərqin Paqaninisi” adlandırıb

Polşa mətbuatı azərbaycanlı tarzən Ramiz Quliyevi “Şərqin Paqaninisi” adlandırıb
# 19 yanvar 2009 13:29 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Polşanın Lüblin şəhərində Azərbaycanın xalq artisti, professor Ramiz Quliyev ilə oğlu, dirijor Əyyub Quliyevin konserti keçirilib. Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, Əyyub Quliyev son iki ildə artıq dördüncü dəfədir ki, Polşaya konsert proqramı ilə çıxış etmək üçün dəvət alıb. Konsertdə Lüblin filarmoniyasının böyük orkestri Ə. Quliyevin dirijorluğu ilə H. Xanməmmədovun, K.M. Veberin və P. Çaykovskinin əsərlərini ifa edib. Ramiz Quliyevin ifasında Polşa milli musiqisinin ən populyar nümunələrindən biri – Oqinskinin «Polonez» əsəri alqışlarla müşayiət olunub. Anşlaq keçən konsertdən sonra Polşa mətbuatı Ramiz Quliyevi virtuoz ifaçılıq məharətinə görə «Şərqin Paqaninisi» adlandırıb.
Konsertin təşkilində Azərbaycanın Polşadakı səfirliyi yaxından iştirak edib. Ramiz və Əyyub Quliyevlər il ərzində Polşanın digər şəhərlərində də konsert vermək üçün daha bir neçə təklif alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR