Bank Of Baku

Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilən “Trubadur” operasında Leonora partiyasını belaruslu aktrisa ifa edəcək

Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilən “Trubadur” operasında Leonora partiyasını belaruslu aktrisa ifa edəcək
# 21 yanvar 2009 09:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Yanvarın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin “Trubadur” operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, həmin gün tamaşada Leonora partiyasını Belarus Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Belarusun əməkdar artisti Tatyana Tretyak ifa edəcək. TatyanaTretyakla yanaşı, tamaşada əməkdar artistlər Həsən Enami (Manriko) və Əvəz Abdullayev (Qraf de Luna) çıxış edəcək. Tamaşada gənc solistlər Səbinə Vahabzadə ilk dəfə olaraq Azuçena rolunu, Anton Ferştandt isə Fernando partiyasını ifa edəcək. Tamaşanı teatrın baş dirijoru, xalq artisti Cavanşir Cəfərov idarə edəcək.

Xatırladaq ki, “Trubadur” operası 2006-cı ildə əməkdar artist, rejissor Hüseyn Əliyevin quruluşunda səhnəyə qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR