Bank Of Baku

Lütfiyar İmanovun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib

Lütfiyar İmanovun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib
# 21 yanvar 2009 13:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. SSRİ xalq artisti Lütfiyar İmanovun vəfatının birinci ildönümü ilə əlaqədar onun Fəxri Xiyabandakı qəbirüstü abidəsinin açılışı keçirilib. APA-nın məlumatına görə, L. İmanovun vəfatının birinci ildönümü ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və sənət dostları onun məzarını ziyarət ediblər. Qəbirüstü abidənin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Lütfiyar İmanovun Azərbaycan mədəniyyətində unudulmaz bir iz buraxdığını qeyd edib: “Artıq Lütfiyar İmanovun vəfatının bir ili tamam olur. Onun vəfatı Azərbaycan mədəniyyəti üçün çox böyük itki oldu. Lütfiyar İmanov yaşadığı ömrü ərzində daima hörmət və sevgi qazanıb. Elə bu gün onun məzarını ziyarət edən sənətkarların sayı ona olan hörmətin bariz nümunəsidir”. Lütfiyar İmanovun çox böyük bir sənətkar olduğunu vurğulayan xalq artistləri Fidan və Xuraman Qasımovalar, illər keçsə də onun yaratdığı obrazların yaddaşlardan silinməyəcəyini vurğulayıblar. Qeyd edək ki, Lütfiyar İmanov 2008-ci il dekabrın 21-də 80 yaşında dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR