Bank Of Baku

Şəfiqə Axundova: “Ömrümün son gününə kimi yazıb-yaradacağam”

Şəfiqə Axundova: “Ömrümün son gününə kimi yazıb-yaradacağam”
# 21 yanvar 2009 15:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Şərqin ilk opera yazan qadın bəstəkarı, xalq artisti Şəfiqə Axundovanın 85 yaşı tamam olur. Ad günündə APA-ya açıqlama verən tanınmış bəstəkar həyatından razı olduğunu qeyd edib: “Mən ömrümün 70 ilini Azərbaycan mədəniyyətinə həsr etmişəm. Çox sevinirəm ki, bu illərim hədər getməyib. Bu gün xalq məni, mən isə xalqımı çox sevirəm. Bu sevgi heç zaman bitib-tükənməyəcək”. Bu gün özünü çox yaxşı hiss etdiyini vurğulayan Ş. Axundova, bir müddət bundan əvvəl səhhətində yaşanan problemlərin artıq yavaş-yavaş aradan qalxdığını bildirib. Ş. Axundova onu da qeyd edib ki, bu gün onu 85 yaşı tamam olması münasibəti ilə təbrik edənlərin sayı çox olub: “Gülyaz və Gülyanaq Məmmədovalar, Elza Seyidcahan və başqaları mənim yanıma gəldilər. Çox şükür ki, bu günümü tək keçirmədim. Mənə diqqət və qayğı göstərən hər bir insana təşəkkür edirəm. Mən ömrümün son gününə kimi xalqım üçün yazıb yaradacağam”. Ş. Axundova qeyd edib ki, o sonuncu mahnısını iki il bundan əvvəl yazıb. Bu mahnı xalq şairi Bəxtiyar Vahabzadənin “Sevgi ölmür” şeirinə yazılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR