Bank Of Baku

Azərbaycan paytaxtındakı “Nizami” kinoteatrı Avropa səviyyəli kino kompleksinə çevriləcək

Azərbaycan paytaxtındakı “Nizami” kinoteatrı Avropa səviyyəli kino kompleksinə çevriləcək
# 22 yanvar 2009 13:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan paytaxtındakı “Nizami” kinoteatrının Avropa səviyyəli kino kompleksinə çevrilməsi işinə start verilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, əsaslı təmiri həyata keçirmək üçün keçirilən tenderi Rusiyanın İSPA şirkəti qazanıb. Şirkət kinoteatrı müasir avadanlıq və yeni kondisioner sistemi ilə təchiz edəcək.

Məlumatda bildirilir ki, hazırda beş zaldan ibarət artıq köhnəlmiş binada yenidənqurma işləri və onun kino kompleksinə çevrilməsinə başlanılıb. Plana əsasən, “Nizami” kinoteatrının kino kompleksinə çevrilməsi işi iki il ərzində başa çatmalıdır. Təmir başa çatdıqdan sonra bu kompleksdə ənənəvi olaraq festivallar və kino həftələri təşkil olunacaq.

Ümumilikdə isə ölkənin iyirmidən çox kinoteatrında yenidənqurma və təmir işləri aparılacaq.

Xatırladaq ki, “Nizami” kinoteatrı bundan əvvəl iki kino zalından ibarət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR