Bank Of Baku

Dövlət Musiqili Komediya Teatrı 100 illik yubileyi ərəfəsində daha bir əsərin səhnələşdirilməsinə başlayıb

Dövlət Musiqili Komediya Teatrı 100 illik yubileyi ərəfəsində daha bir əsərin səhnələşdirilməsinə başlayıb
# 23 yanvar 2009 12:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yüz illik yubileyi ərəfəsində daha bir əsərin səhnələşdirilməsinə başlayıb. Mədəniyyət və Turizim Nazirliyinin sifarişi olan bu yeni tamaşa İmre Kalmanın məşhur “İddialı qaraçı” əsəri əsasında hazırlanır. Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev APA-ya bildirilib ki, Musiqi Komediya Teatrının kollektivi hələ 1939-cu ildə bu məhşur müəllifin “Sirk kraliçası”, “Silva” əsərlərinə müraciət etmişdi. “İddialı Qaraçı” əsəri də on il əvvəl teatrın rus bölməsində tamaşaçılara təqdim edilib. Tamaşanın quruluşçu rejissoru Faiq Zöhrabov, dirijoru isə Nazim Hacıəlibəyovdur. Tamaşanın səhnə tərtibatı əmədar rəssam İsmayıl Məmmədova və gənc rəssam Əli Cəfərova həvalə olunub. Xalq artisti Elxan Əhədzadə bu dəfə Pali Raç rolunda tamaşaçıların görüşünə gələcək.
Artıq tamaşanın məşqlərinə başlanılıb. Ə. Lalayevin sözlərinə görə, Rusiyanın bir cox şəhərlərinə gözlənilən yubiley - qastrol səfərləri zamanı bir sıra milli musiqili komediyalarla yanaşı, dünya klassikasının ən yaxşı nümunələri, o cümlədən İ. Kalmanın “İddialı Qaraçı” əsəri də göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR