Bank Of Baku

Dövlət Gənc Tamaşaçılar Teatrında Nəcəf Bəy Vəzirovun “Dələduz” pyesi yeni quruluşda hazırlanıb

Dövlət Gənc Tamaşaçılar Teatrında Nəcəf Bəy Vəzirovun “Dələduz” pyesi yeni quruluşda hazırlanıb
# 23 yanvar 2009 14:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Nəcəf Bəy Vəzirovun “Dələduz” pyesi yeni quruluşda hazırlanıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrının baş rejissoru, əməkdar artist Loğman Kərimov pyesi yeni variantda səhləşdirilib. Səhnələşdirmədə M.Ə.Sabirin, Səməd Mənsurun satirik seirlərindən və folklor nümunələrindən istifadə olunub. Bəhri-təvillər və bədiyyələrdən istifadə olunan tamaşa canlı musiqi ilə müşayiət olunacaq. Musiqi parçalarının üzərində teatrın aktyoru Elnur Kərimov işləyib.
Tamaşada rolları xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, aktyorlardan Elnur Kərimov, Günel Məmmədova, Rasim Cəfərov, Eyvaz İbrahimov, Ceyhun Məmmədov, Lalə Məmmədova, Sahibə Nəzərova və başqaları ifa edəcəklər.
Hazırda məşqləri gedən tamaşa fevralın ikinci ongünlüyündə tamaşaçıların ixtiyarına veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR