Bank Of Baku

“Berlinale” kino festivalı çərçivəsində “Lahıc ritmləri” sənədli filminin premyerası keçiriləcək

“Berlinale” kino festivalı çərçivəsində “Lahıc ritmləri” sənədli filminin premyerası keçiriləcək
# 26 yanvar 2009 09:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Berlində keçirilən ənənəvi 59-cu Beynəlxalq “Berlinale” kino festivalında Azərbaycan da təmsil olunacaq. APA-nın məlumatına görə, festival çərçivəsində “Lahıc ritmləri” sənədli filminin Avropa premyerası keçiriləcək. Sənədli filmin müəllifi azərbaycanlı rejissor Fariz Əhmədovdur. Etnoqrafik xarakter daşıyan bu film Lahıcda yaşayan metal döymə ustalarından bəhs edir. Fevralın 5-dən 15-nə kimi Almaniyanın paytaxtında keçiriləcək festivalda Azərbaycan filminin nümayişinin fevralın 12-nə planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR