Bank Of Baku

Dövlət Akademik Opera və Balet Teatrında iki yeni tamaşanın səhnələşdirilməsi planlaşdırılır

Dövlət Akademik Opera və Balet Teatrında iki yeni tamaşanın səhnələşdirilməsi planlaşdırılır
# 26 yanvar 2009 12:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 2009-cu il “Uşaq ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında iki yeni tamaşanın səhnələşdirilməsi planlaşdılır. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, əməkdar incəsənət xadimi Nazim Əliverdibəyovun “Cırtdan” operası və Avstriya bəstəkarı İohann Ştrausun musiqisi əsasında “Düyməcik” baletinin səhnəyə qoyulması nəzərdə tutulub. “Cırtdan” operasının quruluşunu rejissor Hafiz Quliyev həyata keçirəcək. Tamaşanın musiqi rəhbəri və dirijoru Kazım Əliverdibəyovdur. Operanın premyerasının martın sonunda keçirilməsi nəzərdə tutulub. Məlumatda bildirilib ki, Opera və Balet Teatrının rəhbərliyi İ. Ştrausun “Düyməcik” baletinin quruluşunu həyata keçirmək üçün Rusiyanın xalq artisti, məşhur xoreoqraf Liya Sabitovanı dəvət edib. Balet tamaşasının musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşir Cəfərov, quruluşçu rəssamı Rusiya Akademik Böyük Teatrından dəvət olunan Dmitri Çerbadjidir. Düyməcik” baleti Opera və Balet Teatrının Bakı Xoreoqrafiya Məktəbi ilə birgə layihəsidir. Kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulan bu tamaşada teatrın balet truppasının artistləri ilə yanaşı həm də Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri çıxış edəcəklər. Baletin quruluşu üzərində işlərin teatr mövsümünün sonuna kimi tamamlanması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR