Bank Of Baku

Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi mart ayında üç tamaşa səhnələşdirəcək

Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi mart ayında üç tamaşa səhnələşdirəcək
# 26 yanvar 2009 14:08 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova-APA. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi mart ayında üç tamaşa səhnələşdirəcək. Teatrın baş direktoru Ədalət Hacıyevin APA-ya verdiyi məlumata görə, dövlət sifarişi ilə hazırlanan Jan Anu Yunun Janna Darkın həyatından bəhs edən “Torağay” pyesinin və Maqsud İbrahimbəyovun “Roys-roys, onun əlahəzrəti” əsərinə quruluş veriləcək. Tamaların quruluşcu rejissoru teatr tərəfindən dəvət edilmiş rejissor Kamran Şahmərdan, quruluşcu rəssamı isə Sanq-Peterburq şəhərindən dəvət olunan Tatyana Melnikovadır. Ə. Hacıyevin sözlərinə görə, 2009-cu ilin “Uşaq ili” elan olunması ilə əlaqədar mart ayında Novruz bayramı münasibəti ilə teatrda baş rejissor Aleksandr Şarovskinin quruluşunda “Nağılı tap” əsərin səhnələşdirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR