Bank Of Baku

Naxçıvan teatrı Anarın «Qaravəlli» əsərini səhnələşdirir

Naxçıvan teatrı Anarın «Qaravəlli» əsərini səhnələşdirir
# 28 yanvar 2009 07:25 (UTC +04:00)
Naxçıvan . C. Qurbanoğlu—APA Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı xalq yazıçısı Anarın «Qaravəlli» əsərini səhnələşdirir. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əli Rzayevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, əsas xətti cəmiyyətdə neqativ halların ifşasına yönəldilən tamaşanın rejissoru xalq artisti Rövşən Hüseynov, musiqi tərtibatçısı Elçin Axundovdur. Tamaşa fevralın sonuna qədər tamaşaçıların ixtiyarına veriləcək.
Ə. Rzayev onu da bildirib ki, C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu il daha 3 yeni əsərə müraciət edəcək. Teatr kollektivi ilin sonunadək xalq yazıçıları Elçinin «Ah Paris…Paris…», Əkrəm Əylislinin «Yazığam sevmə məni» və Şamil Sadiqin «Qana qan qarışdı» əsərlərini səhnələşdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR