Bank Of Baku

Sankt-Peterburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb - FOTO

Sankt-Peterburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb - <font color=red>FOTO</font>
# 29 yanvar 2009 07:40 (UTC +04:00)
Sankt-Peterburq. M. Həsənov-APA. İsaak Brodskinin Sankt-Peterburq şəhərindəki İncəsənət meydanında yerləşən mənzil muzeyində Türkiyədə yaşayan azərbaycanlı rəssam Vahid Novruzovun fərdi sərgisi açılıb. “Cənub obrazları” adlanan sərgidə rəssamın sulu boya ilə işlənmiş 40-a yaxın rəsm əsəri nümayiş olunur.
Vahid Novruzov APA-nın müxbirinə bildirib ki, gömrük rüsumları böyük olduğundan yağlı boya ilə işlənmiş rəsmlərini bu şəhərə gətirə bilməyib.
Sərgidə V. Novruzovun silueativ, elecə də Azərbaycan və Türkiyə motivli kompozisiyaları, Novruz bayramını əks etdirən rəsmləri nümayiş olunur.
V. Novruzovun əsərləri artıq bir çox Avropa şəhərlərində nümayiş olunub, bu yaxınlarda Moskvada sərgisi təşkil edilib.
Qeyd edək ki, V. Novruzov Azərbaycan Mədəniyyət və İncəsənət Akademiyasının məzunudur. 1995-2000-ci illərdə Əzim Əzimzadə adına Musiqi Məktəbində çalışıb. Səkkiz ildir ki, Türkiyənin Çanakkala Universitetinin gözəl sənətlər fakültəsində dərs deyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR