Bank Of Baku

“Ən yaxşı qısametrajlı bədii film layihəsi” müsabiqəsinin qalibi olan “İki” adlı filmin çəkilişləri başa çatıb - FOTO

“Ən yaxşı qısametrajlı bədii film layihəsi” müsabiqəsinin qalibi olan “İki” adlı filmin çəkilişləri başa çatıb - <font color=red>FOTO </font>
# 29 yanvar 2009 10:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran” mövzusunda keçirdiyi “Ən yaxşı qısametrajlı bədii film layihəsi” müsabiqəsinin qaliblərindən biri - “İki” adlı bədii filmin çəkilişləri başa çatıb. “RTV” Prodüser Mərkəzində istehsal olunan film birinci Qarabağ savaşı zamanı mühasirəyə düşmüş kəndin məktəbində təhsil alan ibtidai sinif şagirdinin həyatından bəhs edir. Mərkəzdən APA-ya verilən məlumata görə, müharibənin, siyasi kataklizmlərin və sadə insan taleyinin birləşdiyi bu maraqlı filmdə savaş ikinci, insan taleyi isə birinci plandadır.

Filmin ssenari müəllifi Qarabağ savaşı dövründə reportyor kimi çalışmış yazıçı Məqsəd Nur, quruluşçu rejissoru Hacı Həsənov, quruluşçu operatoru Rövşən Quliyevdir.

Rollarda Mehdi Kərimov, Amid Qasımov, Qabil Quliyev, Gülər Nəbiyeva, Firuzə Balayeva, Məqsudə Əliyeva, Mehriban Hüseynova, Məhəmməd Məmmədli və başqaları çəkiliblər.

Film fevralın sonunda Mədəniyyət və Turizm Nazirliyinə təhvil veriləcək. Yaradıcı qrup filmi beynəlxalq festivallara da göndərmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR