Bank Of Baku

Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri əsasında hazırlanmış tamaşa Kayseri və Ankarada nümayiş etdirilib

Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri əsasında hazırlanmış tamaşa Kayseri və Ankarada nümayiş etdirilib
# 29 yanvar 2009 15:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Akademik Milli Dram Teatrının kollektivi Kayseri və Ankarada qastrol səfərində olublar. Hazırda Türkiyənin İstanbul şəhərində səfərdə olan teatrın direktoru Maqbet Bünyatov APA-ya deyib ki, hər iki səfərdə teatrın yaradıcı kollektivi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri əsasında hazırlanmış tamaşa ilə çıxış ediblər: “Çox sevindirici haldır ki, teatrımızın binası əsaslı təmirdə olsa da, teatrımız ən aktiv dövrünü yaşayır. Ardı-arası kəsilməyən səfərlər kollektivi ruhlandırır. Həm Kayseri, həm də Ankarada “Özümüzü kəsən qılınc” tamaşası təxminən 600 nəfərlik tutumu olan zalda nümayiş olunurdu. Tamaşanı seyrcilər ayaq üstə alqışlayırdılar”. M.Bünyatov deyib ki, hər bir tamaşadan əvvəl Bəxtiyar Vahabzadənin xüsusi olaraq türkiyəli seyrcilər üçün hazırlanmış çıxışı nümayiş etdirilirdi. Nümayişlərdən sonra isə Milli Dram Teatrının kollektivinin iştirakı ilə Türkiyənin paytaxtında Bəxtiyar Vahabzadənin şeir gecəsi təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR