Bank Of Baku

Polad Bülbüloğlunun “Dədə Qorqud” baleti Qırğızıstanda səhnəyə qoyulacaq

Polad Bülbüloğlunun “Dədə Qorqud” baleti Qırğızıstanda səhnəyə qoyulacaq
# 31 yanvar 2009 09:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Polad Bülbüloğlunun “Dədə Qorqud” baleti Qırğızıstanda səhnəyə qoyulacaq. APA-nın məlumatına görə, bunu Qırğızıstanın mədəniyyət və informasiya naziri Sultan Rayev deyib. O bildirib ki, bu il səhnələşdirilməsi planlaşdırılan əsərin bəzi məqamlarını dəqiqləşdirmək üçün yaxın vaxtlarda Moskvaya səfəri zamanı Polad Bülbüloğlu ilə görüşəcək.

Nazirin sözlərinə görə, “Dədə Qorqud” baletinin Bişkekdə səhnələşdirilməsi layihəsi Azərbaycanın və Qırğızıstanın mədəniyyət nazirliklərinin birgə layihəsi əsasında həyata keçiriləcək. S. Rayev həmçinin Polad Bülbüloğlunun martda Qırğızıstana gələrək baletin səhnələşdiriləcəyi vaxtı bildirəcəyini də əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR