Bank Of Baku

Hazırda əsaslı təmir olunan “Nizami” kinoteatrında ən böyük kinozal 600 tamaşaçı tutacaq

Hazırda əsaslı təmir olunan “Nizami” kinoteatrında ən böyük kinozal 600 tamaşaçı tutacaq
# 31 yanvar 2009 10:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Hazırda əsaslı təmir olunan “Nizami” kinoteatrında ümumilikdə beş kinozal yaradılacaq. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, iki il davam edəcək təmirdən sonra kinoteatr Avropa səviyyəli kino kompleksinə çevriləcək. Kinozallardan ən böyüyü 600 tamaşaçı, ən kiçiyi isə 40 tamaşaçı tutacaq.

Əsaslı təmirə tenderi qazanan Rusiyanın “İSPA” şirkətindən əlavə, bu ölkənin mütəxəssisləri də cəlb olunub. Şirkət kinoteatrı müasir avadanlıq və yeni kondisioner sistemi ilə təchiz edəcək. Bununla bərabər, kinoteatrın tərkibində restoran, bar, kafe, uşaqlar üçün əyləncə məkanı və telekanallara birbaşa canlı material ötürülməsi şəraiti yaradılacaq. Qafqaz ölkələrində ilk dəfə olaraq Azərbaycan kinoteatrında restoran və kinozal birgə fəaliyyət göstərəcək. Belə ki, tamaşaçılar restoranda oturaraq böyük ekranda istədikləri kinoya baxa biləcəklər. Təmir başa çatdıqdan sonra isə bu kino kompleksində ənənəvi olaraq festivallar və kino həftələri təşkil olunacaq. Məlumatda o da bildirilib ki, “Nizami” kinoteatrında əsaslı təmir başa çatdıqdan sonra ölkənin 20 kinoteatrında təmir-bərpa işlərinin aparilması nəzərdə tutulur

Qeyd edək ki, 1940-cı ildə inşa olunan bu kinoteatra görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin 800 illiyi şərəfinə onun adı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR