Bank Of Baku

Minskdə beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək

Minskdə beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək
# 02 fevral 2009 12:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Fevralın 11-dən 15-ə qədər Belarusun paytaxtında XVI Beynəlxalq Minsk kitab sərgi-yarmarkası keçiriləcək. APA-nın məlumatına görə, sərgi Belarus Respublikasının İnformasiya Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək. Tədbirin əsas məqsədi yeni kitab-çap məhsullarının və nəşr proqramlarının oxuculara, kitab mağazalarına və kitabxanalara təqdim edilməsi və onların geniş yayılmasıdır. Avropa, Asiya və Amerikadan 20 dövlətin nümayəndəsi Minsk sərgisinin qonağı olacaq. Sərgidə ilk dəfə Azərbaycan, Macarıstan və İrandan kitabları təqdim ediləcək. Sərgidə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, həmçinin müstəqil birlik və nəşriyyatların təmsilçilərindən ibarət rəsmi nümayəndə heyəti iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR